ABŞ Hindistanı sanksiyalarla hədələyib
Digər ölkələr
- 04 oktyabr, 2018
- 13:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 oktyabr. REPORT.AZ/ Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi “The Hindu” adlı sayta bildirib.
Qeyd olunub ki, bu qadağa “Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanuna əsasən tətbiq ediləcək. Bu, İran, Şimali Koreya və Rusiya ilə “əhəmiyyətli alış-veriş” edən istənilən ölkəyə tətbiq olunacaq.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-də Hindistana ikigünlük rəsmi səfəri gözlənilir. “S-400”lə bağlı müqavilənin də həmin səfər çərçivəsində imzalanacağı ehtimal edilir.
Son xəbərlər
01:32
İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
Region
01:17
Foto
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
Daxili siyasət
01:00
UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib
Futbol
00:38
ABŞ hipersəs raketinin yerləşdirilməsi qrafikindən geri qaldığını etiraf edib
Digər ölkələr
00:10
Kiyevə növbəti hərbi yardım müzakirə edilib
Digər ölkələr
00:00
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Daxili siyasət
23:29
Slovakiya Ukrayna üçün yeni Avropa kreditinə qoşulmayacaq
Digər ölkələr
23:15
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb
Digər ölkələr
23:08
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır
Maliyyə