ABŞ Hərbi Dəniz Qüvvələri “CH-53K” helikopterlərinin tammiqyaslı istehsalına icazə verib

ABŞ Hərbi Dəniz Qüvvələri “CH-53K” helikopterlərinin tammiqyaslı istehsalına icazə verib ABŞ Hərbi Dəniz Qüvvələri “Sikorsky CH-53K King Stallion” (“Royal Stallion”) ağır hərbi nəqliyyat helikopterlərinin tammiqyaslı istehsalına icazə verib.
Digər ölkələr
28 Dekabr , 2022 06:24
ABŞ Hərbi Dəniz Qüvvələri “CH-53K” helikopterlərinin tammiqyaslı istehsalına icazə verib

ABŞ Hərbi Dəniz Qüvvələri “Sikorsky CH-53K King Stallion” (“Royal Stallion”) ağır hərbi nəqliyyat helikopterlərinin tammiqyaslı istehsalına icazə verib.

“Report” xəbər verir ki, bu barədə istehsalçı “Lockheed Martin”in saytında məlumat verilib.

“Lockheed Martin”in bu cür təyyarələrin istehsalı proqramının direktoru Bill Falkın sözlərinə görə, “dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş helikopterinin istehsalının genişləndirilməsi ABŞ Dəniz Piyadaları Korpusuna “CH-53K” donanmasını əlavə etməyə və öz missiyasının uğuruna töhfə verməyə imkan verir”.

O qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinin “CH-53K”nın genişmiqyaslı istehsalına sadiqliyi bu helikopterlər üçün müxtəlif komponentlər təmin edən “200-dən çox müəssisənin şəbəkəsinə inamı ruhlandırır”, həmçinin həm ABŞ hökuməti, həm də bu maşınları əldə edən Vaşinqtonun tərəfdaşları üçün xərcləri azaldır.

Son xəbərlər

Orphus sistemi