ABŞ hərbçiləri Suriya ordusunun şimala doğru hərəkətinə mane olur

ABŞ hərbçiləri Suriya ordusunun şimala doğru hərəkətinə mane olur Amerika hərbçiləri Suriyanın Türkiyə hərbçilərinə qarşı hərəkət edən hökumət qüvvələrinin irəliləyişi imkanlarını məhdudlaşdırırlar.
Digər ölkələr
14 Oktyabr , 2019 06:37
ABŞ hərbçiləri Suriya ordusunun şimala doğru hərəkətinə mane olur

Amerika hərbçiləri Suriyanın Türkiyə hərbçilərinə qarşı hərəkət edən hökumət qüvvələrinin irəliləyişi imkanlarını məhdudlaşdırırlar. 

"Report"un məlumatına görə, bu barədə yerli KİV-ə istinadən "İnterfaks" xəbər yayıb.

Belə bir hadisə Suriya ordusunun şəhərin qərb ərazisinə daxil olmağa cəhdi zamanı baş verib. Qeyd edilir ki, Suriya hərbçiləri Menbiç şəhərinə daxil olmağa çalışırlar. 

Xatırladaq ki, bir sıra mətbuat orqanları Suriya ordusunun Türkiyə Silahlı Qüvvələrinin hərəkət etdiyi əraziyə doğru istiqamət alması barədə xəbər yayıb. Məlumata görə, Suriya hökuməti Türkiyəyə qarşılıq vermək üçün ölkənin şimalına qoşun yerləşdirir. 

Son xəbərlər

Orphus sistemi