ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub

Digər ölkələr
  • 12 avqust, 2026
  • 01:57
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Amerikanın İrana tətbiq etdiyi blokadanı pozmağa cəhd edən, Panama bayrağı altında üzən "M/V Vela Nova" yük gəmisini sıradan çıxarıb.

"Report"un CENTCOM-un rəsmi bəyanatına istinadən verdiyi məlumata görə, hadisə Oman körfəzinin akvatoriyasında, quru yük gəmisi İran limanlarından birinə doğru hərəkət edərkən baş verib.

ABŞ qurumunun məlumatına görə, gəmi heyəti Amerika qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymadıqdan sonra Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopteri gəminin maşın bölməsinə iki "Hellfire" raketi atıb. Zərbə nəticəsində sükan sistemi zədələnib və gəmi hərəkət qabiliyyətini itirib.

CENTCOM-dan bildiriblər ki, avqustun 11-nə olan məlumata görə, Amerika qüvvələri blokadadan yan keçməyə cəhd edən 55 kommersiya gəmisinin istiqamətini dəyişdirib, üç gəmini sıradan çıxarıb və daha ikisinə baxış keçirib.