ABŞ hərbçiləri Baydenin əmri ilə İraqdakı iranyönlü qruplara zərbə endirib

ABŞ hərbçiləri Baydenin əmri ilə İraqdakı iranyönlü qruplara zərbə endirib ABŞ-ın Hərbi Hava Qüvvələri İraq və Suriyanın sərhəd rayonunda İran tərəfindən dəstəklənən qruplaşmaların obyektlərinə aviazərbələr endirib.
Digər ölkələr
28 İyun , 2021 03:29
ABŞ hərbçiləri Baydenin əmri ilə İraqdakı iranyönlü qruplara zərbə endirib

ABŞ-ın Hərbi Hava Qüvvələri İraq və Suriyanın sərhəd rayonunda İran tərəfindən dəstəklənən qruplaşmaların obyektlərinə aviazərbələr endirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Pentaqondan bildirilib ki, zərbələri endirmək barədə əmr ABŞ prezidenti Cozef Baydenə məxsusdur.

Bayden iranyönlü silahlı qrupların Amerikanın İraqdakı mövqelərinə silsilə hücumlarından sonra aviazərbə endirmək barədə əmr verib.

"Prezidentin (Cozef Bayden-red) göstərişi ilə, ABŞ ordusu bu gecə İran tərəfindən dəstəklənən silahlı qüvvələrin İraq-Suriya sərhəd bölgəsində istifadə etdiyi hədəflərə yüksək dəqiqlikli hava zərbələr endirib", - Pentaqonun mətbuat katibi Con Kirbi deyib. "İranın dəstəklədiyi qrupların ABŞ-ın İraqdakı maraqlarına qarşı davam edən bir sıra hücumlarını nəzərə alaraq, prezident bu cür hücumların dayandırılması və qarşısının alınması üçün əlavə hərbi əməliyyatlar aparmağı əmr etdi", - o, vurğulayıb.

Son xəbərlər

Orphus sistemi