​ABŞ Venesuelanın iki keçmiş məmurunu narkotik qaçaqmalçılığında ittiham edir

​ABŞ Venesuelanın iki keçmiş məmurunu narkotik qaçaqmalçılığında ittiham edir Təqsirləndirilənlər narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar dəstədən mütəmadi rüşvət alıb
Digər ölkələr
2 Avqust , 2016 03:42
​ABŞ Venesuelanın iki keçmiş məmurunu narkotik qaçaqmalçılığında ittiham edir

Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ hökumətinin rəsmiləri Venesuelanın Narkotiklər Əleyhinə Milli Mübarizə İdarəsinin keçmiş rəhbərini və onun sabiq müavinini Birləşmiş Ştatların ərazisinə narkotik vasitələrin gətirən qaçaqmalçılarla əlbir olmaqda ittiham edirlər. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Nyu-York Prokurorluğundan məlumat verilib.

İttihamlar Nyu-Yorkun ştatının Bruklin rayonunun Federal Məhkəməsi tərəfindən qiyabi olaraq irəli sürülüb.

Söhbət Venesuelanın Narkotiklər Əleyhinə Milli Mübarizə İdarəsinin keçmiş başçısı, əvvəllər DİN-də rəhbər vəzifə tutmuş Nestor Reveroldan və onun keçmiş müavini, respublikanın Milli Qvardiyasının sabiq komandanı Edilbert Molinayadan gedir.

ABŞ rəsmiləri iddia edir ki, təqsirləndirilən şəxslər narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar dəstədən mütəmadi rüşvət alıb.

Məlumatlara görə Reverol indi Venesueladadlr. Molina Almaniyada hərbi attaşesi vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi