ABŞ Fransadan idxal edilən mallara əlavə rüsum tətbiq edəcək

ABŞ Fransadan idxal edilən mallara əlavə rüsum tətbiq edəcək ABŞ hökuməti Fransadan idxal edilən 1,3 milyard ABŞ dolları həcmində olan mallara 25% həcmində əlavə rüsum tətbiq edəcək.
Digər ölkələr
11 İyul , 2020 02:15
ABŞ Fransadan idxal edilən mallara əlavə rüsum tətbiq edəcək

ABŞ hökuməti Fransadan idxal edilən 1,3 milyard ABŞ dolları həcmində olan mallara 25% həcmində əlavə rüsum tətbiq edəcək.

“Report”un məlumatına görə, müvafiq qərar Fransanın rəqəmli xidmətlər göstərən ABŞ şirkətlərinə vergi tətbiq etməsinə cavab olaraq qəbul edilib.

Lakin, ABŞ-ın Fransa ilə ticarət danışıqlarındakı nümayəndəsi əlavə rüsumların tətbiqinin 180 gün müddətinə təxirə salınmasına nail olub. Odur ki, qərar 6 aydan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Fransada milli rəqəmli verginin tətbiqi Avropa Komissiyası tərəfindən təklif olunmuş vergi layihəsinin Avropa İttifaqı İqtisadiyyat və Maliyyə Şurası tərəfindən qəbul edilməsindən sonra baş tutub.

Yeni qanun dünyadakı dövriyyəsi 750 milyon avrodan, Fransadakı dövriyyəsi 25 milyon avrodan artıq olan, internetdəki reklam, alış-veriş, həmçinin informasiya aqreqatorluğu sahələrində fəaliyyət göstərən şirkətləri əhatə edir.

Son xəbərlər

Orphus sistemi