ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət üzrə İdarəsinin (FDA) xarici ekspertlər komitəsi Birləşmiş Ştatlarda təcili olaraq “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirus əleyhinə peyvəndini bəyənməyi tövsiyə edib.
Bu barədə “Report”
Komitənin qərarına əsasən, peyvəndin üstünlükləri 16 yaşdan yuxarı böyüklər və daha yaşlılar üçün yoluxma risklərini azaldır.
ABŞ koronavirusa yoluxma ilə bağlı qeydə alınmış hallarına sayına görə dünyada birinci yerdədir. Ölkədə pandemiya ərzində COVID-19-a 15,5 milyondan çox yoluxma aşkarlanıb, onlardan 291 min çoxu ölümlə nəticələnib.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.