ABŞ əhalisinin 70 faizindən çoxu qarlı havanın fəsadları ilə üzləşib
Digər ölkələr
- 23 dekabr, 2022
- 21:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın 240 milyona yaxın sakini - əhalinin 70 faizindən çoxu şiddətli qar fırtınasının fəsadları ilə üzləşib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.
Ölkənin bəzi şəhərlərində havanın temperaturu mənfi 40 dərəcədən aşağı düşüb. İqlimi adətən mülayim olan Texas ştatının Dallas şəhərində temperatur mənfi 23 dərəcəyə enib.
Şimali Dakota, Cənubi Dakota, Oklahoma və Ayova ştatlarında yollar buz bağlayıb. Kanzasda üç nəfər avtomobil qəzasının qurbanı olub.
Dekabrın 23-də ABŞ-da 3 500-dən çox reys ləğv edilib. Ölkənin cənubu və şərqində soyuq hava səbəbindən 1 milyondan çox abonent işıqsız qalıb.
Son xəbərlər
04:53
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
Digər ölkələr
04:28
Dubay yaxınlığında tankerin ətrafında naməlum mərminin partlaması qeydə alınıb
Digər ölkələr
03:51
ABŞ-də Nvidia rəhbərinin vəzifəsinə qaytarılması üçün xüsusi qanundan istifadə müzakirə edilib
Digər ölkələr
03:08
Foto
Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər
Maraqlı
02:43
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
İKT
02:10
Foto
Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
Futbol
01:53
Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
Region
01:29
İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
Digər ölkələr
00:55
ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə konsepsiya hazırlayıb
Digər ölkələr