ABŞ Əfqanıstandakı kontingentini azaldacaq
Digər ölkələr
- 04 avqust, 2020
- 04:46
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar tezliklə Əfqanıstandakı Amerika hərbi qulluqçularının sayını dörd minə qədər azaldacaq.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
"Biz çox qısa vaxt müddətdə (kontingentin sayını - red.) səkkiz minə, sonra dörd minə qədər azaldacağıq. Biz indi danışıqlar aparırıq", - Tramp “Axios” portalına müsahibəsində deyib.
O, hərbi kontingentin ixtisarının məhz nə vaxt olacağını açıqlamayıb. "Çox tezliklə", - deyə Tramp konkret zaman çərçivəsini açıqlamaqdan imtina edib.
Jurnalistin ABŞ-da noyabr seçkiləri zamanı Əfqanıstanda hərbi kontingentin sayının nə qədər olacağı barədə sualına dövlət başçısı "ehtimal ki, 4-5 minə qədər", - cavabını verib.
Son xəbərlər
02:05
Foto
Lənkəranda qəza zamanı ölənlərdən birinin kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə01:40
Pensilvaniyada qızılca epidemiyası qeydə alınıb
Digər ölkələr01:11
Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib
Digər ölkələr00:59
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
Futbol00:18
Serbiya Prezidenti Haaqadakı prosesi ikiüzlülüyün təzahürü adlandırıb
Digər ölkələr23:54
Pidlasa: 2027-ci ildə xərcləri qarşılamaq üçün Ukraynaya daha 32,6 milyard dollar lazımdır
Digər ölkələr23:44
FES üç il ərzində ilk dəfə uçot dərəcəsini 4%-ə qaldırıb
Maliyyə23:30
Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək
Xarici siyasət23:05