ABŞ Konqresinin Senatı dövlət katibinin birinci müavini vəzifəsinə Uendi Şermanın namizədliyini bəyənib.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
56 senator Şermanın namizədliyini dəstəkləsə də, 42 senator buna qarşı çıxıb. Qadın diplomat yaxın zamanlarda and içəcək.
ABŞ-ın 44-cü prezidenti Barak Obamanın (2009-2017) administrasiyasında U. Şerman dövlət katibinin siyasi məsələlər üzrə müavini (2011-2015) vəzifəsində çalışıb.
2015-ci ildə isə İranın nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ komandasına rəhbərlik edib.