NATO üzvlərinin İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması prosesini başa çatdırmağın vaxtı çatıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
“Biz inanırıq ki, vaxt gəlib çatıb və irəliləməmək üçün heç bir səbəb yoxdur”-deyə, o bildirib.
Dövlət katibi qeyd edib ki, İsveç NATO üzvü Türkiyənin irəli sürdüyü təhlükəsizlik problemlərini həll etmək üçün əlamətdar addımlar atıb və təşkilata sadiqliyini dəfələrlə sübut edib.