Yuxarı

ABŞ dövlət katibi gələn həftə Ukraynaya səfər edəcək

Kiyevə səfəri zamanı Con Kerri Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşəcək

BAKI. 31 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri fevralın 6-da Ukraynaya səfər edəcək.

Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, Kiyevə səfəri zamanı C.Kerri Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşəcək.

Görüş ABŞ və Rusiya arasında münazibətlərin gərginləşdiyi vaxta təsadüf edir. ABŞ və Qərb müttəfiqləri Rusiyanı Ukraynaya müdaxilə etməkdə təqsirləndirir.

Qeyd edək ki, C.Kerrinin gələn həftə Moskvaya səfər edə biləcəyi ilə bağlı ehtimallar da irəli sürülüb. Ancaq Dövlət Departamentinin rəsmiləri əlavə dayanacaqların planlaşdırılmadığını dilə gətirib.

C.Psaki dövlət katibinin həmkarı Sergey Lavrovla görüşəcəyini bildirsə də, bu görüşün Münxin Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacağını deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi