ABŞ 2025-ci ildə özünün esmineslərini hipersəsli raketlərlə, 2028-ci ildə isə nüvə sualtı qayıqları ilə təchiz etməyə başlayacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji sistem proqramları üzrə direktoru vitse-admiral Conni Vulf bildirib.
Vitse-admiral bildirib ki, Hərbi Dəniz Qüvvələri üçün hipersəsli sistemlərin uçuş sınaqları bu il də davam etdiriləcək.
Onun sözlərinə görə, ABŞ 2022-ci ildə hipersəsli raketlərin iki tam miqyaslı sınağını keçirməyə hazırlaşır.
Vulf, həmçinin xatırladıb ki, oktyabrda ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələri üçün inkişaf etdirilən hipersəsli sistemlərin üç uğurlu sınağı olub, onların buraxılışları Virciniya ştatının Atlantik okeanı sahilindəki Uollops adasının sınaq poliqonundan həyata keçirilib.