ABŞ-də ticarət mərkəzində atışma nəticəsində iki nəfər yaralanıb

Digər ölkələr
  • 17 fevral, 2023
  • 02:43
ABŞ-də ticarət mərkəzində atışma nəticəsində iki nəfər yaralanıb

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

“Report” xəbər verir ki, yerli polis idarəsi zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.

İlkin məlumata görə, atışmaya səbəb iki tərəf arasında münaqişə olub. Olayın təfərrüatları açıqlanmır.

Polis bir şübhəli şəxsi yaxalayıb. Onun yeganə atıcı olub-olmadığı hələlik bəlli deyil. Polis onun zərərçəkənlərlə tanış olub-olmamasını da araşdırır.