ABŞ Yunanıstanda hərbi mövcudluğunu genişləndirir

ABŞ Yunanıstanda hərbi mövcudluğunu genişləndirir Yunanıstan hökuməti ABŞ-la ölkədəki Amerika hərbi bazalarının saxlanmasına dair sazişin müddətini daha 5 il uzatmaq qərarına gəlib.
Digər ölkələr
13 May , 2022 02:41
ABŞ Yunanıstanda hərbi mövcudluğunu genişləndirir

Yunanıstan parlamenti ABŞ-la Qarşılıqlı Müdafiə Əməkdaşlığı Sazişinə düzəlişlər edilməsinə səs verib.

“Report” xəbər verir ki, 300 yerlik parlamentdə 181 deputat sazişin lehinə, 119-u isə əleyhinə səs verib.

Yunanıstan və ABŞ arasında Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi (MDCA) 14 oktyabr 2021-ci ildə imzalanıb.

Saziş ABŞ-a əvvəllər verilmiş dörd bazaya əlavə olaraq dörd hərbi bazanın, o cümlədən ölkənin şimalındakı Aleksandrupolis limanı yaxınlığındakı Yannuli hərbi düşərgəsinin, Kritdəki dəniz bazası, Pieria bölgəsindəki Litohoro atış poliqonu və Larissadakı aviabazanın yaxınlığındakı Georgula düşərgəsinin verilməsini nəzərdə tutur.

Müqavilənin müddəti indi bir il deyil, beş il müəyyən edilib, lakin müxalifət beş ildən sonra müqavilənin müddətinin qeyri-müəyyən olacağını qeyd edib.

2022-05-12 23:23

Yunanıstan hökuməti ölkədəki Amerika hərbi bazalarının saxlanmasına dair sazişin müddətini daha 5 il uzatmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Rəsmi Afina hesab edir ki, NATO daxilində əlaqələrin gücləndirilməsi regionda sabitliyə töhfə verəcək.

Yunanıstan parlamentinin sazişi dərhal ratifikasiya edəcəyi gözlənilir.

Müqavilənin uzadılmasına ABŞ bazalarını dinc həyat üçün təhlükə hesab edən kommunistlər, eləcə də sazişin Afina üçün kifayət qədər təhlükəsizlik zəmanəti vermədiyini düşünən solçu SİRİZA partiyası etiraz edir.

AP qeyd edir ki, indiyə qədər Afina müqaviləni hər il yeniləyirdi, lakin bu dəfə onlar müqaviləni birdəfəlik beşillik müddətə uzatmağa qərar veriblər.

Qeyd edək ki, Yunanıstanda ABŞ-ın dörd hərbi bazası var – üçü ölkənin materik hissəsində, biri Krit adasında.

Son xəbərlər

Orphus sistemi