ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında İranla müharibə əleyhinə aksiya keçirib - VİDEO

ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında İranla müharibə əleyhinə aksiya keçirib - VİDEO ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib.
Digər ölkələr
366
5 Yanvar , 2020 00:22
ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında İranla müharibə əleyhinə aksiya keçirib - VİDEO

ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

ABŞ-ın 10-dan çox hərəkatının nümayəndələri Birləşmiş Ştatların bütün dünyada gedən müharibələrdə iştirakı əleyhinə çıxaraq etiraz aksiyasının təşkilatçısı olublar. Aksiyada “CodePink” antihərb hərəkatının və "Müharibəni dayandırmaq və irqçiliyə son qoymaq üçün" indi hərəkət et” (ANSWER) qruplarının üzvləri iştirak ediblər.

Aralarında İranın ABŞ-dakı diasporunun nümayəndələrinin də olduğu nümayişçilər Birləşmiş Ştatlar hakimiyyətindən istənilən növ döyüş hərəkətindən, həmçinin İrana qarşı sanksiyalardan imtina etməyi tələb ediblər.

"ABŞ prezidenti Donald Tramp administrasiyası və Pentaqon İran generalı Qasım Süleymanini xaincəsinə qətlə yetirərək İranla müharibənin başlanması həddinə yaxınlaşıblar”, - deyə etirazın təşkilatçıları bildiriblər.

Son xəbərlər

Orphus sistemi