ABŞ-da yenidən rekord sayda yoluxma qeydə alındı

ABŞ-da yenidən rekord sayda yoluxma qeydə alındı ABŞ-da koronavirusa yoluxanların sayında artım davam edir.
Digər ölkələr
11 İyul , 2020 07:10
ABŞ-da yenidən rekord sayda yoluxma qeydə alındı

ABŞ-da koronavirusa yoluxanların sayında artım davam edir.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, ölkədə 63,2 mindən çox yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu, gündəlik artım sayları arasında rekord göstəricidir. Bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı iyulun 3-də qeydə alınıb - 57 497 nəfər.

“The New York Times” qəzeti xəbər yayıb ki, son iki həftə ərzində ABŞ-ın 39 ştatında pandemiya başlayandan indiyədək yeni koronavirusa yoluxanların ən böyük sayı qeydə alınıb.

Qeyd edək ki, ABŞ-da virusa yoluxanların ümumi sayı 3,17 milyondan çoxdur. Müalicə alan 133 969 xəstə vəfat edib.

Son xəbərlər

Orphus sistemi