ABŞ-da Yeni il şənliyində atışma zamanı 3 nəfər ölüb, 4 iştirakçı yaralanıb

ABŞ-da Yeni il şənliyində atışma zamanı 3 nəfər ölüb, 4 iştirakçı yaralanıb ABŞ-ın Missisipi ştatının Qalfport şəhərində Yeni il şənliyi zamanı baş verən atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Digər ölkələr
1 Yanvar , 2022 22:22
ABŞ-da Yeni il şənliyində atışma zamanı 3 nəfər ölüb, 4 iştirakçı yaralanıb

ABŞ-ın Missisipi ştatının Qalfport şəhərində Yeni il şənliyi zamanı baş verən atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli WLOX telekanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şənlik zamanı baş verən mübahisə atışma ilə nəticələnib.

Telekanal bildirib ki, xəsarət alan bir nəfərin vəziyyəti ağırdır. Atışma zamanı yaralanan digər üç nəfərin - iki kişi və bir qadının həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi