ABŞ-da yaşayış binasının uçması nəticəsində ölənlərin sayı artıb

ABŞ-da yaşayış binasının uçması nəticəsində ölənlərin sayı artıb ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində yaşayış binasının dağılması zamanı ölənlərin sayı 10 nəfərə çatıb.
Digər ölkələr
28 İyun , 2021 20:48
ABŞ-da yaşayış binasının uçması nəticəsində ölənlərin sayı artıb

ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində yaşayış binasının dağılması zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.

“Axtarışlar bütün gecə davam etdi. Biz daha bir meyiti aşkarladıq. Beləliklə, ölənlərin sayı 10 nəfərə çatdı. 151 nəfərin taleyi naməlum olaraq qalır”, - o deyib.

Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində bina bir neçə gün əvvəl qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası yönləndirilib. İndiyədək onlarla insanın dağıntılar altından çıxarıldığı bildirilir.

Bina 1981-ci ildə dəniz sahilində tikilib.

Son xəbərlər

Orphus sistemi