ABŞ-da vertolyot evə çırpılıb, ölənlər və yaralananlar var - FOTO

ABŞ-da vertolyot evə çırpılıb, ölənlər və yaralananlar var - FOTO Qəza zamanı 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb
Digər ölkələr
31 Yanvar , 2018 03:32
ABŞ-da vertolyot evə çırpılıb, ölənlər və yaralananlar var - FOTO

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ-da vertolyot evə çırpılıb.

"Report"un məlumatına görə, bu barədə "The OCIndy News" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Kaliforniya ştatında olub. Belə ki, Nyuport-Biç şəhərində qəzaya uğramış vertolyotun göyərtəsində 5 nəfər olub. Qəza nəticəsində onlardan 1-i həlak olub.

Digər şəxslərin taleyi barədə məlumat verilmir. 

"Associated Press" isə qəza zamanı 3 nəfərin öldüyünü, daha 2 nəfərin xəsarət aldığını bildirib. 

Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi