ABŞ-da universitetdə atışma olub, xəsarət alanlar var

ABŞ-da universitetdə atışma olub, xəsarət alanlar var ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma olub.
Digər ölkələr
4 Sentyabr , 2021 23:27
ABŞ-da universitetdə atışma olub, xəsarət alanlar var

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma olub.

“Report”un məlumatına görə, bu barədə şəhər polisi məlumat yayıb.

Məlumata görə, hadisə Tausonov universitetində qeydə alınıb. Atışma zamanı 3 nəfər xəsarət alıb.

“Universitetin kampusu ərazisində (atışma zamanı-red) üç nəfər xəsarət alıb. Polis təhqiqat aparır”, - polisin tvitterdəki səhifəsində bildirilir.

Universitet rəhbərliyinin məlumatına görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Bundan əlavə, hadisə zamanı yaralananlardan yalnız bir qız təhsil müəssisəsinin tələbəsidir.

Son xəbərlər

Orphus sistemi