​ABŞ-da uçuş zamanı "Boeing" yanıb, 14 nəfər xəsarət alıb - VİDEO

​ABŞ-da uçuş zamanı "Boeing" yanıb, 14 nəfər xəsarət alıb - VİDEO İnsident Fort-Loderdeyl şəhəri aeroportunda baş verib
Digər ölkələr
30 Oktyabr , 2015 00:43
​ABŞ-da uçuş zamanı Boeing yanıb, 14 nəfər xəsarət alıb - VİDEO

Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ-ın Fort-Loderdeyl şəhər aeroportunda (Florida ştatı) "Boeing 767" tipli sərnişin təyyarəsi uçuş zolağı ilə bir qədər hərəkət etdikdən sonra yanmağa başlayıb.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, sərnişinləri təxliyə etmək lazım gəlib, 14 nəfər zədə və yanıq xəsarəti alıb.

Təyyarə pilotu uçuşa saniyələr qalmış tüstü çıxdığını görüb və sol mühərrikin yanması barədə dispetçerə məlumat verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Təxliyə zamanı 14 nəfər xəsarət alıb, onlardan üç nəfəri xəstəxanaya yerləşdirilib.

"Dynamic International Airways" aviaşirkətinə məxsus olan təyyarə Venesuelanın paytaxtı Karakasa uçmalı imiş.

Hadisədən sonra Fort-Loderdeyl hava limanı bağlanıb.

Son xəbərlər

Orphus sistemi