ABŞ-da güclü tornado nəticəsində ən azı dörd nəfər həyatını itirib

ABŞ-da güclü tornado nəticəsində ən azı dörd nəfər həyatını itirib Güclü leysan nəticəsində daşqınlar da baş verib
Digər ölkələr
2302
3 Yanvar , 2017 08:56
ABŞ-da güclü tornado nəticəsində ən azı dörd nəfər həyatını itirib

Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ-ın Alabama ştatının Rexobet şəhərində baş verən güclü burulğan nəticəsində ən azı dörd nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABC telekanalı yayıb.

Məlumata görə, ölənlərin cəsədləri tikinti aparılan ərazidə tapılıb. Əksər evlərin və tikililərin xəsarət aldığı bildirilir.

Yerli hakimiyyət orqanları qeyd edirlər ki, ərazidə həmçinin güclü leysan nəticəsində daşqınlar da baş verib. 

Son xəbərlər

Orphus sistemi