ABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan var - VİDEO

Digər ölkələr
  • 24 noyabr, 2018
  • 02:55
ABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan var - VİDEO

Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ-da ticarət mərkəzində atışma olub.

"Report" xəbər verir ki, bu barədə "NBC New York" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Nyu-Cersi ştatındakı ticarət mərkəzlərindən birində baş verib. Belə ki, naməlum şəxs ətrafdakılara atəş açıb.

Hadisə zamanı 1 nəfər əlindən yaralanıb. İnsidentlə əlaqədar ticarət mərkəzinin işçiləri və müştəriləri təxliyyə edilib.

Hadisənin təfərrüatları açıqlanmır. 

44 filmi