ABŞ-da təyyarə qəzası nəticəsində üç nəfər həlak olub

ABŞ-da təyyarə qəzası nəticəsində üç nəfər həlak olub Qəza Corciya ştatında baş verib
Digər ölkələr
28 Avqust , 2017 23:18
ABŞ-da təyyarə qəzası nəticəsində üç nəfər həlak olub

Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ-ın Corciya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə WTOC portalı məlumat yayıb.

Qəza ştatın şərqində yerləşən Brayan dairəsində qeydə alınıb. Təyyarənin göyərtəsində pilot da daxil olmaqla üç nəfər olub.

Təyyarə Savanna şəhərindən Kobb dairəsinə uçurmuş. Qeyd olunur ki, hava gəmisi meşə ərazisinə düşüb. Bu səbəbdən xilasedicilər qəza yerinə getməkdə çətinlik çəkirlər.

Qəzadan əvvəl aviadispetçerlər təyyarə ilə əlaqəni itiriblər. Qəzanın səbəbləri hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi