ABŞ-da təyyarə hərbi bazaya düşüb, 4 nəfər ölüb
Digər ölkələr
- 31 avqust, 2018
- 00:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 avqust. REPORT.AZ/ Cümə axşamı kiçik mühərrikli mülki təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinin Floridada yerləşən hərbi bazası ərazisinə düşməsi nəticəsində 4 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazıb.
Bildirilir ki, ikimühərrikli yüngül "Beechcraft B60" tipli təyyarə ştatın şimal-qərbində yerləşən Eqlin bazasına düşüb. Göyərtədə olan hər bir kəs ölüb.
Təyyarə hərbi obyektlərdən xeyli kənarda meşə massivinə düşdüyündən yerdə zərər çəkən olmayıb.
Hava gəmisi Ohayo ştatından uçub və Eqlin bazası yaxınlığındakı aeroport istiqamətində gedib.
Qəzanın səbəbləri barədə məlumat verilmir.
Son xəbərlər
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Maliyyə
10:08
Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu bu gün keçiriləcək
Komanda
10:07
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Xarici siyasət
10:06
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Daxili siyasət
10:04
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
09:44
Foto
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Fərdi
09:38
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
Region
09:37
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə
09:35
EHF Avropa Kuboku: "Kür" komandası bu gün cavab matçına çıxacaq
Komanda