ABŞ-da sürücüsüz traktor təqdim edilib

ABŞ-da sürücüsüz traktor təqdim edilib Dünyada kənd təsərrügfatı avadanlığının ən böyük istehsalçısı olan ABŞ-ın “Deere Co.” şirkəti tam əlahiddə idarə olunan traktorunu təqdim edib.
Digər ölkələr
5 Yanvar , 2022 19:20
ABŞ-da sürücüsüz traktor təqdim edilib

Dünyada kənd təsərrüfatı avadanlığının ən böyük istehsalçısı olan ABŞ-ın “Deere Co.” şirkəti tam əlahiddə idarə olunan traktoru təqdim edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Las-Veqas şəhərində keçirilən "CES 2022" adlı beynəlxalq sərgi əsnasında təqdim edilən yeni traktor 8R seriyasına əsasən yaradılıb. Sürücüsüz traktorları cari ildə bazara çıxarmaq nəzərdə tutulur.

İndiyədək ayrı-ayrı kənd bitkilərinin becərilməsində sürücüsüz daha kiçik traktorlar istifadə olunub.

Son xəbərlər

Orphus sistemi