ABŞ-da Şimali Koreyaya məxsus gəmi həbs olunub

ABŞ-da Şimali Koreyaya məxsus gəmi həbs olunub Birləşmiş Ştatlar hökuməti Şimali Koreyaya məxsus gəmini KXDR-ə qarşı sanksiyaları pozmaqda şübhəli bilərək həbs edib.
Digər ölkələr
10 May , 2019 06:57
ABŞ-da Şimali Koreyaya məxsus gəmi həbs olunub

Birləşmiş Ştatlar hökuməti Şimali Koreyaya məxsus gəmini KXDR-ə qarşı sanksiyaları pozmaqda şübhəli bilərək həbs edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin saytında məlumat dərc olunub.

Bildirilir ki, Şimali Koreyanın iri yük gəmilərindən olan "Wise Honest" KXDR-dən qanunsuz kömür ixracı və Şimali Koreyaya ağır texnika tədarükü üçün istifadə olunub.

"Wise Honest"ə göstərilən texniki xidmət, avadanlıq və təkmilləşdirmə işlərinə görə ödənişlər şübhəli olmayan ABŞ bankları vasitəsilə dollar valyutasında həyata keçirilib. Bu davranış uzun müddətdir ABŞ-da qüvvədə olan qanunları və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur", — deyə bəyanatın mətnində bildirilir.

Son xəbərlər

Orphus sistemi