Cənubi Karolinada girov götürülən restoran müştəriləri azad edilib - YENİLƏNİB

Cənubi Karolinada girov götürülən restoran müştəriləri azad edilib - YENİLƏNİB Atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb
Digər ölkələr
25 Avqust , 2017 00:57
Cənubi Karolinada girov götürülən restoran müştəriləri azad edilib - YENİLƏNİB

Bakı. 25 avqust. REPORT.AZ/ Polis ABŞ-ın Cənubi Karolina ştatının Çarlston şəhərindəki restoranlardan birində silahlı kişi tərəfindən girov götürülən bütün şəxsləri azad edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Live 5 News" telekanalı məlumat yayıb.

Xəbər verildiyi kimi, mətbəx işçisi kimi geyinən naməlum silahlı şəxs müəssisənin giriş qapısını bağlayaraq özünü "Çarlstonun yeni kralı" elan edib. Bəzi məlumatlara görə, restoranda 30 nəfərə yaxın adam olub.

Atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Cinayətkar da girovların azad edilməsi üzrə əməliyyat zamanı odlu silah yarası alıb. Onun vəziyyəti ağırdır.

Şəhər meri Con Teklenburq bildirib ki, insident terror aktı və ya irqçilik zəminində törədilən cinayət deyil.


***22:35

Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ-ın Cənubi Karolina ştatındakı restoranlardan birində silahlı şəxs müştəriləri girov götürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, müəssisədə 30-a yaxın adam ola bilər.

Son xəbərlər

Orphus sistemi