Yuxarı

​ABŞ-da silahlı şəxs 7 nəfəri güllələyərək intihar edib

Caninin cəsədi maşından tapılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 27-də Missuri ştatının Texas dairəsində 36 yaşlı kişi yeddi nəfəri güllələyərək intihar edib.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, insidentin baş verdiyi yerə yaxın ərazidə yaşlı qadın meyiti də tapılıb.

Məlumata görə, onun ölümü təbii səbəblərdən baş verib. Beləliklə, bir yerdə eyni vaxtda ümumilikdə doqquz nəfər dünyasını dəyişib.

Nəşrin yazdığına görə, 36 yaşlı cinayətkarın cəsədi Şennon dairəsinin ərazisində park edilən avtomobildə aşkar edilib. Onu bu cinayətə təhrik edən səbəblər hələ ki, məlum deyil.

Polis Ceff Kinderin sözlərinə görə, qətlə yetirilənlərin meyitləri dörd müxtəlif evdə aşkar edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi