ABŞ-da sərnişin qatarı maşınla toqquşub

Digər ölkələr
  • 29 iyul, 2019
  • 04:27
ABŞ-da sərnişin qatarı maşınla toqquşub

ABŞ-ın İllinoys ştatında sərnişin qatarı dəmir yoluna çıxan avtomobili vurub.

"Report" ABC-yə istinadən xəbər verir ki, nəticədə qatarın bir neçə vaqonu relsdən çıxıb.

Bildirilir ki, qatarda 297 nəfər olub, hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda ərazidə polis və xilasedicilər işləyir.

44 filmi