ABŞ-də qasırğa və tornado qurbanlarının sayı 18-ə çatıb

ABŞ-də qasırğa və tornado qurbanlarının sayı 18-ə çatıb ABŞ-ın cənub və orta qərb ştatlarından keçən qasırğa və tornado nəticəsində azı 9 nəfər həlak olub.
Digər ölkələr
1 Aprel , 2023 23:33
ABŞ-də qasırğa və tornado qurbanlarının sayı 18-ə çatıb

ABŞ-də qasırğa və tornado 18 nəfərin həyatına son qoyub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, təbii fəlakət nəticəsində həlak olanların əksəriyyəti Arkanzas, İndiana və Tennessi ştatlarının payına düşür. Ümumilikdə tornado 7 ştata təsir edib.

20:28

ABŞ-da tornadoda ölənlərin sayı 11-ə çatıb, onlarla adam xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Xəsarət alanların sayına görə ilk yerdə Arkanzas ştatı gəlir. Burada 30 mindən çox sakin işıqsız qalıb, bir neçə yüz insan evlərini itirib. Səlahiyyətlilər xilasetmə işlərinə mane olmamaq üçün əhalini evdə qalmağa çağırır.

18:58

ABŞ-ın cənub və orta qərb ştatlarından keçən qasırğa və tornado nəticəsində azı 9 nəfər həlak olub.

"Report" CNN-ə istinadən xəbər verir ki, Arkanzas ştatında 5, İndianada isə 3 nəfər həlak olub. Daha bir nəfər isə Alabama ştatında daha bir nəfər dünyasını dəyişib.

Telekanalın məlumatına görə, azı yeddi ştatda 50-dən çox tornado siqnalı qeydə alınıb.

Bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.

Son xəbərlər

Orphus sistemi