ABŞ-da qasırğa qurbanlarının sayı 48 nəfərə çatıb

ABŞ-da qasırğa qurbanlarının sayı 48 nəfərə çatıb Bakı. 28 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlarda təqribən iki həftə əvvəl cərəyan etmiş Florens qasırğası səbəbindən ölənlərin sayı həftə ərzində 43 nəfərdən 48-ə yüksəlib.
Digər ölkələr
28 Sentyabr , 2018 03:20
ABŞ-da qasırğa qurbanlarının sayı 48 nəfərə çatıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlarda təqribən iki həftə əvvəl cərəyan etmiş "Florens" qasırğası səbəbindən ölənlərin sayı həftə ərzində 43 nəfərdən 48-ə yüksəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Şimali Karolina ştatında regional fövqəladə əməliyyatlar mərkəzindən əldə olunmuş məlumata istinadən "Associated Press" xəbər yayıb.

Bildirilir ki, daşqınla müşahidə olunan təbii fəlakətdən sonra 85 yaşlı kişi öz həyətyanı sahəsini budaq, tullantı və palçıqdan təmizləyən zaman qan yolu ilə yoluxma səbəbindən cümə axşamı dünyasını dəyişib.

Bunu da nəzərə almaqla "Florens" qurbanlarının sayı 48 nəfərə qədər artıb, 37 ölüm faktı Şimali Karolinada qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi