ABŞ-da qarlı yolda 47 maşın toqquşub - VİDEO

ABŞ-da qarlı yolda 47 maşın toqquşub - VİDEO Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 15-də ABŞ-ın Missuri ştatının Ouk Qrouv şəhərində güclü qar yağması səbəbindən 47 minik və yük maşını bir-biri ilə toqquşub.
Digər ölkələr
17 Fevral , 2019 02:46
ABŞ-da qarlı yolda 47 maşın toqquşub - VİDEO

Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 15-də ABŞ-ın Missuri ştatının Ouk Qrouv şəhərində güclü qar yağması səbəbindən 47 minik və yük maşını bir-biri ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə ştatın polis idarəsi məlumat yayıb.

Məlumata görə, zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Qəzanın baş verdiyi yolda hərəkət birtərəfi qaydada bağlanıb, sürücülər alternativ istiqamətlərə yönləndirilib. Bir neçə saatdan sonra xilasedicilər yol kənarına aşmış maşınları götürdükdən sonra, hərəkət bərpa olunub.

Son xəbərlər

Orphus sistemi