ABŞ-da qaradərili vətəndaşın polis tərəfindən öldürülməsinə qarşı etiraz aksıyası keçirilib

ABŞ-da qaradərili vətəndaşın polis tərəfindən öldürülməsinə qarşı etiraz aksıyası keçirilib Aksiyaçılar mərkəzi magistralı bağlayıblar
Digər ölkələr
21 Sentyabr , 2016 08:08
ABŞ-da qaradərili vətəndaşın polis tərəfindən öldürülməsinə qarşı etiraz aksıyası keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatının sakinləri daha bir qaradərilinin polis tərəfindən öldürülməsinə qarşı etiraz aksiyası keçiriblər.

"Report" xəbər verir ki, bu barədə yerli "WSOCTV" telekanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə çərşənbə axşamı, Şarlott şəhərinin şimal-şərqində, polis əməkdaşlarının şübhəli şəxsi axtaran zaman baş verib. Polislər şəxsi avtomobilinə minən afroamerikalıya xəbərdarlıq etmədən atəş açıblar. Nəticədə o, ağır yaralanıb.

Qaradərili xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polisdəki mənbənin sözlərinə görə, öldürülmüş şəxs afroamerika əsilli, 43 yaşlı Lamont Skottdur. Lamont da polis əməkdaşıdır.

Skottun ailəsi bildirib ki, o, övladını məktəbdən gətirməyə gedibmiş.

Bu hadisədən sonra sakinlər Lamont Skottun polis tərəfindən öldürülməsinə etiraz əlaməti olaraq kütləvi aksiya keçiriblər. Onlar mərkəzi magistralı bağlayıblar.

Son xəbərlər

Orphus sistemi