Qanadının bir hissəsi qopan təyyarə məcburi eniş edib

Qanadının bir hissəsi qopan təyyarə məcburi eniş edib Hadisə nəticəsində 109 sərnişdən heç biri xəsarət almayıb
Digər ölkələr
15 Dekabr , 2015 01:17
Qanadının bir hissəsi qopan təyyarə məcburi eniş edib

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın “Southwest Airlines” aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi San Antonio havalimanında məcburi eniş edib.

"Report"-un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Texas ştatının iki şəhəri arasında (Ostin və Harlinqton) səfər edən təyyarənin enişinə səbəb uçuş zamanı qanadının bir hissəsinin qopması olub.

Hadisə nəticəsində 109 sərnişdən heç biri xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi