ABŞ-da prezidentliyə namizədlərin sayı artır

Digər ölkələr
  • 18 fevral, 2020
  • 12:52
ABŞ-da prezidentliyə namizədlərin sayı artır
Maykl Blumberq

ABŞ-ın tanınmış siyasət və iş adamı Maykl Blumberq (Michael Bloomberg) sabahdan etibarən prezident seçkiləri ilə bağlı yarışa qoşulur.

“Report” CNN-ə istinadən xəbər verir ki, “Bloomberg L.P.” maliyyə, proqramlaşdırma, data və media şirkətinin sahibi olan M.Blumberq çərşənbə günü Las-Veqasda keçiriləcək Demokatlar Partiyasının prezidentlik müzakirələrində iştirak edəcək. 2002-2013-cü illərdə Nyu-York bələdiyyəsinin başçısı olmuş Blumberqə son məlumata görə, ölkə seçicilərinin 19%-i rəğbət bəsləyir.

M.Blumberqin kampaniyasının meneceri Kevin Şiki namizədinin başqa demokrat namizədlərlə birlikdə Donald Trampı məğlub edərək ölkəni birləşdirmək üçün ən sərfəli namizəd olduğunu bildirib: “Ölkənin üzləşəcəyi problemlərlə bağlı işlək planları müzakirə etmək fürsəti kampaniya prosesinin mühüm parçasıdır”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti