ABŞ-da pivə festivalında partlayışlar olub, xəsarət alanlar var - VİDEO

ABŞ-da pivə festivalında partlayışlar olub, xəsarət alanlar var - VİDEO ABŞ-da pivə festivalında partlayışlar olub.
Digər ölkələr
6 Oktyabr , 2019 10:05
ABŞ-da pivə festivalında partlayışlar olub, xəsarət alanlar var - VİDEO

ABŞ-da pivə festivalında partlayışlar olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NBC teleşirkəti xəbər verib.

Məlumata görə, hadisə Los-Anceles yaxınlığındakı Hanqinton şəhərində keçirilən "Oktoberfest" festivalında qeydə alınıb.

İlkin məlumata görə, elektrik xəttinin dirəyindəki transformator partlayıb. Nəticədə dirək yerə düşüb və yanıb. Şahidlər bildiriblər ki, üç partlayış olub.

Hadisə zamanı festivalın bir neçə tamaşaçısı və yanğınsöndürən yanıq xəsarətləri alıblar. Zərərçəkənlərin dəqiq sayı məlum deyil, ancaq CBS telekanalı bildirib ki, hadisə zamanı azı dörd nəfər xəsarət alıb. 

Festival iştirakçıları ərazidən təxliyyə edilib. 

Son xəbərlər

Orphus sistemi