ABŞ-da pis hava şəraiti yarım milyondan çox insanı işıqsız qoyub

ABŞ-da pis hava şəraiti yarım milyondan çox insanı işıqsız qoyub Bakı. 10 mart. REPORT.AZ/ Birləşmiş Ştatlarda və Puerto-Rikoda pis hava şəraiti səbəbindən işıqsız qalmış istehlakçıların sayı sutka ərzində 1 milyondan 500 min nəfərə qədər azalıb.
Digər ölkələr
10 Mart , 2018 01:42
ABŞ-da pis hava şəraiti yarım milyondan çox insanı işıqsız qoyub

Bakı. 10 mart. REPORT.AZ/ Birləşmiş Ştatlarda və Puerto-Rikoda pis hava şəraiti səbəbindən işıqsız qalmış istehlakçıların sayı sutka ərzində 1 milyondan 500 min nəfərə qədər azalıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Massaçusets ştatında təqribən 162 min, Puerto-Riko adasında 139 min, Nyu-Cersidə 114 min, Konnektikut ştatında 55 min, Nyu-Yorkda isə 38 min ev təsərrüfatı işıqsız qalıb.

Bildirilir ki, elektrik enerjisi təchizatının bərpası da çox Puerto-Rikoda çətindir. Ada "Mariya" qasırğasından hələ özünə gəlməyib. İnfrastrukturun sıradan çıxması səbəbindən sutka ərzində yalnız 13 faiz ev təsərrüfatına elektrik enerjisi verilişini bərpa etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi