ABŞ-da pandemiya qurbanlarının sayı 24 minə yaxınlaşır

Digər ölkələr
  • 14 aprel, 2020
  • 14:18
ABŞ-da pandemiya qurbanlarının sayı 24 minə yaxınlaşır

ABŞ-da son sutkada daha 1 533 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 23 649-a çatıb.

Bildirilib ki, ştatlarda daha 25 056 nəfərə koronavirus diaqnozu qoyulub və infeksiya daşıyıcılarının sayı 582 634-ə yüksəlib. 

Eyni zamanda indiyədək ABŞ-da 44 308 nəfər koronavirusdan sağalıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 946 000-i ötüb. Bunların 460 146 nəfəri sağalıb, 121 2710 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

44 - Tezliklə