ABŞ-da "omikron" ştamına ilk yoluxma  qeydə alınıb

ABŞ-da "omikron" ştamına ilk yoluxma  qeydə alınıb ABŞ-ın Kaliforniya ştatında koronavirusun yeni "omikron" ştamına yoluxmuş ilk şəxs qeydə alınıb.
Digər ölkələr
119
1 Dekabr , 2021 23:21
ABŞ-da omikron ştamına ilk yoluxma  qeydə alınıb
0 : 00
0 : 00

ABŞ-ın Kaliforniya ştatında koronavirusun yeni "omikron" ştamına yoluxmuş ilk şəxs qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzlərinin məlumatlarına istinadən məlumat yayıb.

ABŞ-ın baş infeksionisti Antoni Fauçi bildirib ki, noyabrın 22-də Cənubi Afrikadan gələn şəxs özünü təcrid edib, bütün yaxın təmasda olanların testi mənfi çıxıb.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “Omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir.

Son xəbərlər

Orphus sistemi