ABŞ-da növbəti silahlı insident baş verib

ABŞ-da növbəti silahlı insident baş verib Tennesi ştatında naməlum silahlı şəxs kinoteatrda atəş açmağa başlayıb
Digər ölkələr
6 Avqust , 2015 00:28
ABŞ-da növbəti silahlı insident baş verib

Bakı. 6 avqust. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarında növbəti silahlı insident baş verib.

"Report"-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Tennesi ştatının Neşvill şəhərində naməlum silahlı şəxs kinoteatrda atəş açıb.

İlkin məlumatlara əsasən, ətrafa atəş açan şəxs öldürülüb. Hadisə ilə bağlı hələlik ətraflı məlumat verilmir.

Polis insidentin baş vermə səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi