Yuxarı

​ABŞ-da neft ehtiyatları azalıb

Ölkədə neft hasilatı sutkada 70 min barel azalaraq 9,395 mln. barelə düşüb

Bakı. 12 Avqust. REPORT.AZ/ ABŞ-da neftin kommersiya ehtiyatları (strateji ehtiyatlar istisna olunmaqla) avqustun 7-də başa çatan həftə ərzində 1,7 milyon barel və ya 0,4% azalaraq 453,6 mln. barelə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin Energetika İnformasiya İdarəsinin həftəlik icmalında bildirilir.

Analitiklər ehtiyatların həftə ərzində 1,817 mln. barel azalaraq 453,48 mln. barelə düşəcəyini gözləyirdilər.

Nazirliyin məlumatına görə, həftə ərzində Birləşmiş Ştatlarda neft hasilatı 0,73% və sutkada 70 min barel azalaraq 9,395 mln. barelə düşüb.

Ölkənin ən iri Kuşinq terminalında neft ehtiyatları 0,1 mln. barel azalaraq 57,1 mln. barelə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi