ABŞ-da milyarder Devid Kox vəfat edib

Digər ölkələr
  • 23 avqust, 2019
  • 13:33
ABŞ-da milyarder Devid Kox vəfat edib
bigmir.net

ABŞ-da milyarder və ictimai xadim Devid Kox 79 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə NBC onun qardaşı Çarlz Koxa istinadən məlumat yayıb.

Qardaşlar baş ofisi Kanzasda olan "Koch Industries" energetika və kimya şirkətinin sahibi idilər.

Kox qardaşları "Forbes" jurnalının dünyanın ən varlı adamları siyahısında 11-ci sırada yer almışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti