ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var

ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var ABŞ-ın Aydaho ştatında atışma olub
Digər ölkələr
6 May , 2021 21:26
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var

ABŞ-ın Aydaho ştatında atışma olub.

“Report” xəbər verir ki, bu barədə yerli KIFI-TV telekanalı bildirib.

Məlumata görə, hadisə Riqbi şəhərində qeydə alınıb. Atışma zamanı üç nəfər xəsarət alıb.

Televiziyanın məlumatına görə, xəsarət alanlar şagirdlər və yaşca böyük daha bir nəfər - mühafizəçidir. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Atışma ilə əlaqədar şagirdlər məktəbdən təxliyə edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Buna baxmayaraq, polis hələ məktəbdə axtarış aparır.

Son xəbərlər

Orphus sistemi