ABŞ-da məktəbdə atışma nəticəsində ölən və yaralanan var

ABŞ-da məktəbdə atışma nəticəsində ölən və yaralanan var Atışmanın "təsədüfi" olduğu iddia edilir
Digər ölkələr
8 Mart , 2018 04:24
ABŞ-da məktəbdə atışma nəticəsində ölən və yaralanan var

Bakı. 8 mart. REPORT.AZ/ Birləşmiş Ştatların Alabama ştatındakı məktəblərdən birində silahlı insident baş verib.

“Report” xəbər verir ki, hadisə Birmingemdə yerləşən "Huffman High School"da qeydə alınıb.

"BreakingNNow‏"nun məlumatına görə, nəticədə iki tələbə yaralanıb. "Ey-el" portalının məlumatına görə, onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb, digərinin vəziyyəti ağırdır.

Atışmanın "təsədüfi" olduğu iddia edilir.

Hüquq-mühafizə orqanları əməkdaşları atəşin açıldığı silahı tapıblar. Digər məlumatlar dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi