ABŞ-da məhkəmə “TikTok” qadağasını müvəqqəti blokladı

ABŞ-da məhkəmə “TikTok” qadağasını müvəqqəti blokladı ABŞ-da məhkəmə “Google” və “Apple” proqramlarından Çinin “TikTok” sosial şəbəkəsi proqramının silinməsi haqqında Amerika administrasiyasının qərarının qüvvəyə minməsini müvəqqəti bloklayıb.
Digər ölkələr
28 Sentyabr , 2020 05:15
ABŞ-da məhkəmə “TikTok” qadağasını müvəqqəti blokladı

ABŞ-da məhkəmə Google” və “Apple” proqramlarından Çinin “TikTok” sosial şəbəkəsi proqramının silinməsi haqqında Amerika administrasiyasının qərarının qüvvəyə minməsini müvəqqəti bloklayıb.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

"TikTok"un yüklənməsi üzrə qadağa yerli vaxtla saat 23:59-da (Bakı vaxtı ilə saat 07:59-da -red) qüvvəyə minməli idi.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Çin sosial şəbəkəsi “TikTok” ilə bağlı müqavilə imzalanmasına ilkin razılıq verdiyini açıqlayıb.

Qeyd edək ki, Tramp avqustun 14-də imzaladığı fərmanla “TikTok”un sahibi olan Çinin “ByteDance Ltd.” şirkətinə müqavilə imzalanması üçün 90 gün möhlət verib. Möhlətə əsasən prosedurlari noyabrın 12-dək tamamlanmalıdır.

Son xəbərlər

Orphus sistemi