ABŞ-da məhbuslar həbsxanadan qaçmağa cəhd edib, 2 məmur öldürülüb, 10 nəfər yaralanıb

ABŞ-da məhbuslar həbsxanadan qaçmağa cəhd edib, 2 məmur öldürülüb, 10 nəfər yaralanıb Məhbuslar həbsxananın tikiş bölməsində yanğın törədib
Digər ölkələr
13 Oktyabr , 2017 10:24
ABŞ-da məhbuslar həbsxanadan qaçmağa cəhd edib, 2 məmur öldürülüb, 10 nəfər yaralanıb
AP Photo / Chuck Novara

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-ın Cənubi Karolina ştatının Elizabet-siti şəhərindəki “Pasquotan” həbsxanasında cəza çəkən məhbusların bir qrupu qaçmağa cəhd göstərib. 

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatı Şimali Karolina İctimai Təhlükəsizlik İdarəsi yayıb.

İdarədən bildirilib ki, məhbusların qarşısını almağa çalışan cəzaçəkmə müəssisəsinin iki əməkdaşı öldürülüb, 10 nəfər isə yaralanıb. Ölənlərin müəssisənin rəisi 50 yaşlı Veronika Darden və 35 yaşlı zabit Castinq Smit olduğu açıqlanıb.

Hadisə gecə saatlarında baş verib. Məhbuslar həbsxananın tikiş bölməsində yanğın törədib. Yanğın söndürüləndən zaman bəzi məhbuslar qaçmağa cəhd göstərib. Onların bu cəhdi uğursuzluqla nəticələnib. 

Məlumata görə, bu həbsxanada 30 məmur işləyir və 725 məhbus cəza çəkir. 

Son xəbərlər

Orphus sistemi