ABŞ-da matəm elan edilib

ABŞ-da matəm elan edilib ABŞ Prezidenti Cozef Bayden Tennessi ştatında məktəbdə atışma zamanı 3-ü şagird olmaqla 6 insanın ölümü ilə əlaqədar martın 31-də Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla, bütün ictimai binalarda bayraqların yarıya endi
Digər ölkələr
28 Mart , 2023 08:55
ABŞ-da matəm elan edilib

ABŞ Prezidenti Cozef Bayden Tennessi ştatında məktəbdə atışma zamanı 3-ü şagird olmaqla 6 insanın ölümü ilə əlaqədar martın 31-də Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla, bütün ictimai binalarda bayraqların yarıya endirilməsi barədə göstəriş verib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Müvafiq olaraq, ABŞ-ın bütün xarici ölkələrdəki səfirlikləri, konsulluqları, hərbi bazaları və donanma məntəqələri də daxil olmaqla, bayraqlar eyni tarixə qədər yarıya qədər endiriləcək.

Qeyd edək ki, ötən gün ABŞ-ın Tennessi ştatının Nashville şəhərində özəl məktəb olan “The Covenant”a silahlı hücum nəticəsində 3-ü şagird olmaqla 6 nəfər həlak olub.

Yerli polis silahlı hücumçunun hadisə yerində öldürüldüyünü bildirib. Polis hücum edənin özünün də bu məktəbi bitirmiş 28 yaşlı Odri Elizabet Hale adlı qadın olduğu barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi